Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

Hazırda oxunan: Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

634074

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bizim.Media xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti avqustun 31-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
 

Naxçıvan, Göygöl, Gəncə, Samux, Ağstafa, Qazax, Daşkəsən, Tovuz, Gədəbəy, Qusar, Şəmkir, Xızı, Xaçmaz, Şabran, Siyəzən, Qobustan, Şirvan, Hacıqabul, Neftçala, Ağdam, Mingəçevir, Yevlax, Tərtər, Bərdə, Biləsuvar, Salyan, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Kəlbəcər, Laçın, Füzuli, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Cəbrayılda sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.


Bakıda və Abşeron yarımadasında narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Goranboy, Naftalan, Culfa, Ordubadda narıncı xəbərdarlığa uyğun olaraq isə şərq küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO