Cem Yılmaz evə buraxıldı

Cem Yılmaz evə buraxıldı

Hazırda oxunan: Cem Yılmaz evə buraxıldı

634080

Çanaqqalanın Ayvacıq rayonundakı evində iki gün əvvəl infarkt keçirən komediya ustası Cem Yılmazın xəstəxanasdakı müalicəsi başa çatıb. Vəziyyəti stabil olan Yılmaz axşam saatlarında evə buraxılıb.

Bizim.Media xəbər verir ki, Cem Yılmaz Ayvacıqdakı yay evində ürək tutması keçirdikdən sonra ÇOMÜ Xəstəxanasında angioqrafiya olunub.

Kardiologiya kafedrasının müəllimi prof. dr. Ercan Akşit tərəfindən biləkdən təxminən 40 dəqiqə ərzində balon və stent qoyulub.

2 günlük nəzarət müddətindən sonra sağlamlıq vəziyyəti stabil olan Cem Yılmaz bu gün saat 19:30 radələrində evə buraxılıb. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO