
- A-
- A
- A+
Siyasət
18:45 / 31.08.2026
Sahibə Qafarova Serbiyaya işgüzar səfərə getdi - FOTO
Hazırda oxunan: Sahibə Qafarova Serbiyaya işgüzar səfərə getdi - FOTO
634049
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti Qoşulmama Hərəkatına üzv ölkələrin Dövlət və Hökumət Başçılarının Birinci Konfransının 65 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Xatirə Görüşündə iştirak etmək üçün Serbiya Respublikasına işgüzar səfərə gedib.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Belqrad şəhərinin Nikola Tesla hava limanında Milli Məclisin sədrini Serbiya Respublikasının daxili və xarici siyasət naziri, EXPO-2027-in Baş Komissarı Yaqoda Lazareviç, Azərbaycanın Serbiyadakı səfiri Tahir Tağızadə və digər rəsmi şəxslər qarşılayıblar.

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































