Bu Avropa ölkəsində donuz taunu yayıldı – Sakinlərə qadağa qoyuldu

Bu Avropa ölkəsində donuz taunu yayıldı – Sakinlərə qadağa qoyuldu

Hazırda oxunan: Bu Avropa ölkəsində donuz taunu yayıldı – Sakinlərə qadağa qoyuldu

634084

Finlandiyada Afrika donuz taunu tüğyan edir, 100-ə yaxın heyvan karantinə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Mash na Moyke" “Telegram” kanalı xəbər verir.

Kanalın məlumatına görə, virusun yayılması cari ilin iyul ayının sonunda başlayıb. Yerli Qida İdarəsi artıq vəhşi qabanlar arasında 36 yoluxma faktını təsdiqləyib.
 

"Demək olar ki, bütün heyvanlar Leninqrad vilayətinin Vıborq rayonu ilə sərhəddə, Torfyanovka sərhəd keçid məntəqəsindən uzaq olmayan Virolahti bələdiyyəsində aşkar edilib. İlk hallardan sonra sərhəddəki "ov qapıları" - vəhşi heyvanların ölkələr arasında köç etdiyi xüsusi keçidlər bağlanıb. Nəticədə, Finlandiya tərəfində təxminən 100 vəhşi qaban toplanıb", - deyə paylaşımda bildirilir.


"Mash na Moyke"nin məlumatına görə, yerli sakinlərə heyvanları qorxutmamaq üçün yoluxmuş ərazidə hərəkət etmək belə qadağan edilib.

Qeyd olunur ki, virus insanlar üçün təhlükə yaratmır, lakin heyvanlar üçün ölümcül ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO