Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi

Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi

Hazırda oxunan: Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi

634011

Müğənni Afət Fərmanqızı həmkarı Dəniz Əsədovanı xüsusi ittiham qaydasında məhkəməyə verib.

Bizim.Media Unikal.az-a istinadla xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə şikayət ərizəsi icraata götürülüb.

Beləliklə, müğənni Dəniz Əsədova təqsirləndirilən şəxs qismində tanınıb.

Qeyd edək ki, Dəniz Əsədova bundan əvvəl bir neçə nəfərə qarşı təhqir və böhtan səbəbindən xüsusi ittiham qaydasına məhkum edilib.
 

Eyni zamanda müğənni vətəndaşlardan pul alaraq saxta əlillik sənədi düzəltməkdə ittiham olunur. Belə ki, o, Sabunçu rayonu 21 saylı Birləşmiş şəhər Xəstəxanasının keçmiş baş həkimi və hazırda cinayət işi məhkəmə araşdırmasında olan Rauf İsfəndiyarovla əlbir olaraq 136 nəfərin saxta əlillik almasına köməklik edib. İş üzrə dövlətə 1,6 milyon manat ziyan vurulub.


Hazırda bu cinayət işi üzrə məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO