Ruzbeh Məmməd vəzifəsindən ayrıldı – FOTO

Ruzbeh Məmməd vəzifəsindən ayrıldı – FOTO

Hazırda oxunan: Ruzbeh Məmməd vəzifəsindən ayrıldı – FOTO

634021

Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat katibi Ruzbeh Gülümov (Məmməd) vəzifəsindən ayrılıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı o, sosial hesabında paylaşım edib.

“Kliniki Tibbi Mərkəzlə ("Semaşko") yollarımız ayrıldı. 4 ilə yaxın müddətdə jurnalist həmkarlarımla çox yaxşı əlaqələrimiz oldu, çox yaxşı anlaşdıq.

Bu müddət ərzində mənə ünvanlanan sorğuları cavabsız qoymamağa, həmkarların işini ləngitməməyə çalışdım.
 

Mənə müraciət edən heç kimi geri çevirmədim. Məndən asılı olmayan səbəbləri isə sizlər də anlayışla qəbul etdiniz. Məhz buna görə hər birinizə minnətdaram. Hər zaman sağlam qalın, bu dünyada ondan dəyərli nemət yoxdur. Yeni ünvanda, yeni başlanğıclarda görüşmək ümidi ilə”, - deyə o paylaşımda qeyd edib.


Qeyd edək ki, R.Məmməd 2023-cü ilin sentyabrından bəri sözügedən vəzifəni icra edirdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO