Çayxanada qumar oynayanlar saxlanıldılar 

Çayxanada qumar oynayanlar saxlanıldılar 

Hazırda oxunan: Çayxanada qumar oynayanlar saxlanıldılar 

56846

Şabranda qumar oynayan şəxslər saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın  23-də rayon ərazisində olan çayxanalardan birində qumar oynayan rayon sakinləri Ruslan Ələkbərov, Elman Hacıyev, Namiq Qarayev, İntiqam Qarazadə, Coşqun Talıbov və Elvin Əliyev saxlanılıblar. 

Polis şöbəsində üzərlərinə baxış keçirilərkən C.Talıbovun üzərindən narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO