DİN Aqil Abbasın oğlunun töhmət alması xəbərini təkzib etdi

Hazırda oxunan: DİN Aqil Abbasın oğlunun töhmət alması xəbərini təkzib etdi

55770

Daxili İşlər Nazirliyi (DİN) deputat Aqil Abbasın oğlunun töhmət alması ilə bağlı yayılan məlumatı təkzib edib.

Nazirliyin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Bizim.Media-ya bildirib ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasovun işində yol verdiyi nöqsanlara görə töhmət alması ilə bağlı yayılan iddialar əsassızdır:
 

MÖVZU İLƏ BAĞLI:

Aqil Abbasdan oğlunun cəzalanmasına REAKSİYA – “Səhvi olub...”


"Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun bu xüsusda hansısa əmri olmayıb. Polis əməkdaşları barəsində hər hansı məlumatı yayarkən dəqiqləşdirmə aparılmasını tövsiyə edirik", - E.Hacıyev deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO