Bakıda avtobusda növbəti sərnişin-sürücü mübahisəsi ”“  VİDEO

Bakıda avtobusda növbəti sərnişin-sürücü mübahisəsi ”“ VİDEO

Hazırda oxunan: Bakıda avtobusda növbəti sərnişin-sürücü mübahisəsi ”“ VİDEO

55687
Ətrafdakıların narazılığına baxmayaraq, qadın söyüşlərə ara verməyib.

Bakıda avtobusda sərnişinin kobudluğu ilə müşayiət olunan daha bir insident baş verib.

Moderator.az oxu.az -a istinadən xəbər verir ki, hadisə 64 saylı xətt üzrə “Neftçilər” metrostansiyasından Yeni Günəşli qəsəbəsinədək hərəkət edən avtobusda baş verib.

Belə ki, avtobusun sürücüsü yolu kəsməmək üçün dönərək “Diqlas” ticarət mərkəzinin qarşısındakı dayanacaqda dayanmaq istəyib.

Bu isə sərnişinlərdən biri tərəfindən mənfi qarşılanıb, dayanacaqda avtobusa minən qadın sürücünün üstünə qışqıraraq, təhqir etməyə başlayıb. Qadın bəyan edib ki, sürücü onun rahatlığı üçün avtobusu yolun ortasında saxlamalı idi.

Sürücü və sərnişinlər uzun müddət onun təhqirlərinə dözərək, qadının nəhayət sakitləşəcəyini gözləyiblər. Lakin 55-60 yaşlarında qadın fikrindən daşınmayıb və təhqirlərinə davam edib. Sürücünün obyektiv iradlarına laqeyd yanaşan qadın hələ xeyli müddət sakitləşməyib.

Həmin hadisədən bir görüntünü təqdim edirik.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO