
- A-
- A
- A+
“Omikron”la bağlı inanılmaz NƏTİCƏ – Ağciyərlərdə...
Koronavirusun ”Omikron” ştamı ilə bağlı növbəti araşdırma aparılıb.
Tədqiqatçılar "Omikron" ştamının səbəb olduğu koronavirus infeksiyasının yüngül gedişatını əvvəlki variantlarla müqayisədə ağciyərlərdə aşağı yayılma sürəti ilə əlaqələndirirlər.
Bizim.Media xəbər verir ki, bu barədə "New York Times" qəzeti yazır.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda "Omikron" ştamı aşkarlanmayıb – RƏSMİ
Yaponiya və ABŞ-dan olan tədqiqatçılar dağsiçanı və siçovulları SARS-CoV-2-nin müxtəlif ştamları ilə yoluxdurublar.
"Omikron"la yoluxan gəmiricilərin tənəffüs yolları daha az zədələnib.
Oxşar nəticələr Honq-Konq Universitetinin əməkdaşları tərəfindən əldə edilib, lakin onlar insan orqanizminin toxumaları ilə təcrübə aparıblar.
Tənəffüs yollarından götürülən 12 nümunəsində "Omikron" "Delta"dan daha zəif yayılıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































