Bakıda striptiz KLUBLAR - Striptizor kişilərin sayı ARTACAQ – SORĞU+VİDEO

Bakıda striptiz KLUBLAR - Striptizor kişilərin sayı ARTACAQ – SORĞU+VİDEO

Hazırda oxunan: Bakıda striptiz KLUBLAR - Striptizor kişilərin sayı ARTACAQ – SORĞU+VİDEO

51791

Bakıda qadınlar üçün striptiz göstərən klubun fəaliyyətə başlaması ictimaiyyətdə ciddi müzakirələr doğurub. Əslində paytaxtda kişilər üçün striptiz şou göstərən qadınların əyləncə mərkəzləri olsa da, bu dəfə qəhrəman obrazında əks cinsin nümayəndələrinin olması bir qədər təccüblə qarşılanıb.

Xüsusilə şounu izləmək üçün məkana axının çox olması bir qisim tərəfindən birmənalı qarşılanmayıb. Fikirlərə görə, bu cür məkanların fəaliyyətinə icazə verilməsi, əxlaqsızlığın yayılmasını sürətləndirir. Üstəlik kişilərin belə məkanlarda əzələli bədən formalarını nümayiş etdirmələri sərt tənqid edilib.

Striptiz şounu əvvəlcədən elan verən məkan...

Xatırladaq ki, məşhur gecə klublarından olan "Taboo Lounge & Club"da qızların erotik rəqsi təşkil olunur. Sözügedən klubda açıq-saçıq geyinən qızlar müştəriləri əyləndirib, striptiz şoular göstərirlər. Hətta gecə klubunun rəhbərliyi bu cür şouların göstəriləcəyi ilə bağlı əvvəlcədən elan da verir.

Bundan əlavə Nəsimi rayonu, Azadlıq prospekti 64-də fəaliyyət göstərən “çay evi” də gecəklubu və striptiz şou kimi çalışır.

Əyləncə mərkəzi 5-6 dəfə bağlansa da, analoji hal davam edir. Bundan əlavə ərəblərin Bakıda seks üçün üz tutduqları gecə klubları da var ki, onların adları mətbuata zaman-zaman çıxsa da, sonradan həmin məkanların bağlandığı iddia olunub. Bir sözlə bəhs etdiyimiz klubların Azərbaycanda sayı-hesabı yoxdur. 

Striptizor kişilərin sayı artacaq

Bizim.Media sözügedən məkanlara axınla bağlı sosial şəbəkədə sorğu keçirib.

Sorğuda iştirak edənlərin çoxu cavabdan öncə bu cür məkanların fəaliyyətinə qarşı çıxıblar.

İstifadəçilərin bəziləri  Azərbaycanda kifayət qədər əxlaqsız şəxslərin, pullu kişi və qadınların olduğunu xüsusi vurğulayaraq, məhz həmin məkanlara bu səbədən axının çox olduğunu bildirib. Artıq bir çox məsələdə Azərbaycanın Avropanı üstələməsi və islama xas dəyərlərə hörmət edilmədiyi də şərhlərdə qeyd olunub.

Hətta bu fəaliyyətdən sonra striptizor kişilərin sayının artacağı bildirilib:

“Kişilərin bəziləri cinslərini dəyişir, bəziləri qadın tərzinə keçir, bəziləri isə əxlaqsızlıqla məşğul olur. Belələrinə kişi sözü yaraşmır. Onların küçə qadınlarından heç bir fərqi qalmır. Reallıq isə faciədir. Əsl kişilərin kökü kəsiləcək”.  

“Allah bəlanızı versin!”

Səadət Qarayeva adlı istifadəçinin sözlərinə görə biz qadınlara səngərdə düşmənlə üz-üzə dayanan, onları məhv edən, ana-bacısına sahiblənən igid qardaşlarımızla görüşə getmək yaraşır:

“Belə məkanlara dönüb baxmaq ləyaqətli qadınlara aid deyil. Vətənin keşiyində xidmət edən və şəhid olanlara qurban olum”. 

Fəxrətdin Hacıyev adlı istifadəçi isə məkanı açanlara lənət yağdıraraq, “o klubun açılışına ideya verənlərin, oranı maliyyələşdirənlərin, işlədənlərin və məkana gələn qadınların  Allah bəlasını versin!”, deyə qəzəbini bildirib. 

Vüsal Hacıyev adlı biri isə harınlaşmış məmurların və övladlarının belə məkanlara getdiklərini qeyd edib. 

Müzakirələrdə sözügedən striptiz klubların hansı  İslam ölkələrində yer alması ilə bağlı məsələyə toxunulub. Bu məsələ ilə bağlı isə bir faktı qeyd edək. 1980-ci ildə İsrailin Tel-Əviv şəhərinin ən məşhur diskoteka klubu olan, daha sonra striptiz klub kimi fəaliyyət göstərən “Colleseum” binası sinaqoqa çevrilib.

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO