Azərbaycan Ordusunda dərəcələrin verilməsi üzrə sınaq imtahanları keçirilir - FOTO/VİDEO

Azərbaycan Ordusunda dərəcələrin verilməsi üzrə sınaq imtahanları keçirilir - FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycan Ordusunda dərəcələrin verilməsi üzrə sınaq imtahanları keçirilir - FOTO/VİDEO

51478

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi (təsdiqlənməsi) üzrə sınaq imtahanları keçirilir.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun təlim mərkəzlərində keçirilən sınaqlara cəlb edilən şəxsi heyətin ümumqoşun nizamnamələri, rəhbəredici və digər normativ sənədlərlə bağlı bilikləri, fiziki və sıra hazırlıqlarının səviyyəsi sinif otaqları, o cümlədən çöl-səhra şəraitində yoxlanılır.

Hərbi qulluqçular silahlanmada olan müasir zirehli texnikanın ştat silahından və atıcı silahlardan atışlar icra edir, müxtəlif növ tırtıllı və təkərli döyüş maşınlarının, avtomobil texnikasının idarə edilməsi üzrə yoxlama tapşırıqları yerinə yetirirlər.

Sınaq imtahanlarının keçirilməsində məqsəd şəxsi heyətin döyüş hazırlığının, bacarıq və qabiliyyətlərinin yoxlanılmasıdır.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO