Təhsil Nazirliyində kadr dəyişikliyi aparılıb.
Moderator.az-nın xəbərinə görə, Yaqub Piriyev Təhsil Nazirliyinin Aparat rəhbərinin yeni müavini təyin olunub.
Qeyd edək ki, Yaqub Piriyev bu vaxta qədər nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini vəzifəsində çalışıb.



































































































