Azərbaycandan Kanadaya poçtla narkotik göndərmək istədilər - FOTO 

Azərbaycandan Kanadaya poçtla narkotik göndərmək istədilər - FOTO 

Hazırda oxunan: Azərbaycandan Kanadaya poçtla narkotik göndərmək istədilər - FOTO 

0:00
0:00
44588

Azərbaycandan Kanadaya göndərilən, içində otbiçən maşın olan karton bağlamada narkotik vasitə aşkarlanıb. 

Bizim.Media xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun Bakı Karqo Terminalında kinoloji xidmət itinin tətbiqi ilə keçirilən gömrük nəzarəti zamanı xidməti it sözügedən poçt bağlamasına reaksiya verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda genişmiqyaslı əməliyyat: 61 nəfər SAXLANILDI - VİDEO


Bağlamaya rentgen qurğusunda baxış zamanı isə monitorda şübhəli təsvirlər müşahidə olunub. Daha sonra karton qutudan ibarət həmin poçt bağlaması açılıb və qutuda 1 ədəd otbiçən maşın olduğu müəyyən edilib. 

Lakin otbiçən maşının mühərrikinin qapağının boltları açıldıqda, mühərrikin həmin hissədəki boşluğunda narkotik vasitə olan tiryək aşkarlanıb. 
 

Bundan başqa, otbiçən maşının mühərrikinin dəmir korpusunun boltları açıldıqda, korpusun qapağının altında və mühərrikin içəri tərəfindəki boşluqda da eyni narkotik vasitə aşkar olunub. Aşkara çıxarılan həmin maddələrin ümumi çəkisi 2831 qram təşkil edib. 


Gömrük əməkdaşları tərəfindən poçt bağlamasının sahibi də müəyyən olunub və həmin şəxsin istifadəsində olan “Azsamand” markalı avtomobilə baxış zamanı maşının salonunda 2 ədəd bükümdə, ümumi çəkisi 5 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib. 

Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO