Ərdoğan:

Ərdoğan: "Türkiyə üçün ən önəmli Azərbaycandır"

Hazırda oxunan: Ərdoğan: "Türkiyə üçün ən önəmli Azərbaycandır"

44017
Matr ayının 30-da Türkiyədə keçirilən bələdiyyə seçkisindən sonra baş nazir Rəcəb Tayyib Ərdoğan ilk səfərini bu gün Azərbaycana reallaşıracaq. ANS PRESS-in məlumatına görə, baş nazir Ankara Esenboğa hava limanında jurnalistlərin suallarını cavablandırıb. 

Ərdoğan gözlənilməz qərarının səbəbini az əvvəl İstanbul hava limanında açıqlayıb. Bir neçə dəqiqə əvvəl o, belə bir açıqlama edib ki, seçkidən sonra ilk səfərini Azərbaycana etməklə dünyaya göstərir ki, Türkiyə üçün xarici siyasətdə ilk olaraq Azərbaycandır.

“Qardaş Azərbaycana səfərimizlə qardaşlıq və dostluğa verdiyimiz önəmi bütün dünyaya göstəririk. Həyata keçirdiyimiz Bakı-Ceyhan-Tiflis boru xətti qlobal layihədir. Azərbaycan qazının ölkəmizdən keçməklə Avropaya daşıyacaq xəttin tamamlanması istiqamətində səylərimiz davam edir”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO