"Nida"çıların məhkəməsində suallar

Hazırda oxunan: "Nida"çıların məhkəməsində suallar

42760
Məhkəmə iclası başa çatıb. Proses sabah şahidlərin dindirilməsi ilə davam etdiriləcək.

***
12.39

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə "Nida" vətəndaş hərəkatı üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdiriib.

Reportyorumuzun məhkəmədən verdiyi məlumata görə, hakim ittiham tərəfinin şahidlərinin ifadələrini səsləndirib. Onlardan bəziləri hərbi xidmətdə, bəziləri isə xarici ölkədə təhsil aldıqları üçün məhkəməyə gətirilməmişdilər. 
Öncə Tural Şəkərlinin ifadəsi oxunub. Ondan ifadəni müstəntiq Ibrahim Lənbəranski alıb. Müstəntiqin verdiyi suallara əsasən T.Şəkərli "Harlem şeyk" və "Nida" barədə danışıb. O, ifadəsində videonun İlkin Rüstəmzadəyə heç bir aidiyyatı olmadığını bildirib. 
Bundan sonra digər ifadələr elan olunub. Bu ifadələr əsasən "OL" təşkilatına aid olduğu üçün vəkil Elton Quliyev hakimə etiraz edib: "Bu ifadələr vaxtı uzadır. İfadələrin sonundakı "Nida"ya aid olan iki cümləni oxuyun". 
Sonra İlkin Rüstəmzadə çıxış edib: "Mənə deyin ki, mən nə üçün 10 aydır Kürdəxanıdayam. Mənə xuliqanlıq etdiyim deyilir. Amma maraqlısı burasındadır ki, xuliqanlıq ümumi sözdür. Mənim konkret olaraq hansı cinayətdə ittiham olunduğum bəlli deyil".

Musavat.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO