Vyetnamdakı azərbaycanlılar təxliyyə edildi

Vyetnamdakı azərbaycanlılar təxliyyə edildi

Hazırda oxunan: Vyetnamdakı azərbaycanlılar təxliyyə edildi

4261

COVID-19 pandemiyası səbəbindən çətin duruma düşmüş 2 nəfər azərbaycanlı Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Vyetnam Sosialist Respublikasının Phu Quoç adasından Azərbaycana təxliyyə olunub.

Dövlət Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, Azərbaycan vətandaşları Nurəddin Cavadov və Hüseyn Mehtizadənin Dövlət Komitəsinə ünvanladıqları müraciətdə bildirilib ki, restoran sahəsində çalışmaq üçün 2020-ci ilin fevralından Vyetnamın Phu Quoç adasında məskunlaşsalar da, COVID-19 pandemiyası səbəbindən bütün planları pozulub və maddi baxımdan çətin duruma düşüblər.

Məsələyə çevik reaksiya verən Dövlət Komitəsi soydaşlarımızla və Azərbaycanın Vyetnam Sosialist Respublikasındakı səfirliyi ilə əlaqə saxlayaraq vətəndaşlarımızın ölkəmizə təxliyyəsi üçün mümkün aspektləri müzakirə edib.

Pandemiya səbəbindən yaranmış çətinlikləri nəzərə alaraq Diasporla İş üzrə Dövlət Komitəsi soydaşlarımıza maddi yardımın göstərilməsi üçün müvafiq vəsaiti Azərbaycanın Vyetnam Sosialist Respublikasındakı səfirliyinin hesabına köçürüb və təxliyyə prosesi həyata keçirilib.

Artıq, hər iki vətəndaşımız – Nurəddin Cavadov və Hüseyn Mehtizadə Azərbaycana qayıdaraq ailələrinə qovuşublar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarımızın hər bir müraciətinə həssas və diqqətlə yanaşır, mümkün dəstəyi göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO