Yeni qaz sayğacları ABONENTİ aldadır? - “Azəriqaz”dan iddialara CAVAB

Hazırda oxunan: Yeni qaz sayğacları ABONENTİ aldadır? - “Azəriqaz”dan iddialara CAVAB

41238

Azərbaycanda son illərdə qaz sayğacları kütləvi şəkildə yenilənir. Əsasən SMART sayğaclar mexaniki sayğaclarla əvəzlənir. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən aparılan bu proseslə bağlı bəzi iddialar yayılmaqdadır. 

İddialardan biri odur ki, daha müasir SMART sayğacların mexanikilərlə əvəzlənməsinin əsas səbəbi ikincilərin real sərfiyyatdan daha artıq göstərici qeydə almasıdır. 

Digər iddia SMART-lardan fərqli olaraq mexanikilərə müdaxilənin mümkünlüyü ilə bağlıdır. 

Bizim.Media məsələyə aydınlıq gətirmək məqsədilə “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyevdən açıqlama alıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Azəriqaz” rəhbərindən vətəndaşlara MÜRACİƏT – “Qənaət edin” 


O, bildirib ki, qaz sayğacların istismar müddəti 5 ildir: 

“İstismar müddəti bitdikdən sonra sayğaclar yenisi ilə əvəz olunmalıdır. Bu abonentin təhlükəsizliyi baxımından da çox vacibdir. Çünki qaz istənilən halda sayğacların daxilində problemlər yaradır”.

Bəs, niyə əvəzləmədə mexaniki sayğaclar seçilir?

Eldəniz Vəliyev bildirib ki, həmin mexaniki sayğaclar Almaniya istehsalı olan keyfiyyətli sayğaclardır: 

“Onların Azərbaycana gətirilməsi ilə bağlı anlaşma imzalanıb. Həmin sayğacların mexanizmində, işləmə funksiyasında SMART-larla hansısa fərq yoxdur. Sadəcə birində ödəniş əvvəldən, digərində sonradan ödəniş olunur. Başqa heç bir fərqi yoxdur, eyni sistemdir”.

Dəyişilən sayğacların bəzilərinin istismar müddətinin bitməməsi ilə bağlı iddialara gəlincə, “Azəriqaz” sözçüsü İstehsalat Birliyinin qətiyyən heç bir problemi olmayan sayğacların dəyişilməsində maraqlı olmadığını bildirib:

“Bəzən sayğaclar insan faktoru nəticəsində keyfiyyətini itirir, bəzən isə günün, qarın altında qalmaları onların keyfiyyətinə təsir edir. İstər mexaniki, istərsə də SMART sayğaclarda yalnız bu halda istismar müddəti bitməmiş dəyişilmək zərurəti yaranır”.

Xatirə Nəsirli, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO