Aslan İsmayılov Penitensiar Xidmətin məntiqini absurd sayır

Aslan İsmayılov Penitensiar Xidmətin məntiqini absurd sayır

Hazırda oxunan: Aslan İsmayılov Penitensiar Xidmətin məntiqini absurd sayır

40429

Peniensiar Xitmətin mətbuat xidməinin rəhbəri Mehman Sadıqov dünən Moderator.az-a açıqlamasında hüquqşünas Aslan İsmayılovun Penitensiar Xidmətin rəisi Mədət Quliyevə olan müraciətinə münasibət bildirib. M.Sadıqov qeyd edib ki, A.İsmayılovun şikayətinin araşdırılması üçün onun yazılı olaraq rəsmi şəkildə müraciət etməsi lazımdır və belə olarsa, onun müraciətinin araşdırılması üçün bütün zəruri addımlar atılacaq.

Bu gün M.Sadıqovun açıqlamasına cavab verən A.İsmayılov qarşı tərəfi KİV haqqında qanunun tələblərinə riayət etməməkdə qınadı: “Görünür, onlar KİV haqqında qanunu və prezident İlham Əliyevin fikirlərini yaddan çıxarıblar. Çünki qanunda açıq şəkildə göstərilib ki, mətbuatda gedən yazıya və orada konkret şəxs tərəfindən səsləndirilən ittihamlarla bağlı həm adıçəkilən qurumlar, həm də hüquq-mühafizə orqanları operativ reaksiya verməyə borcludur. Əgər Ədliyyə Nazirliyi və konkret olaraq Penitensiar Xidmət bu cür mənasız təkliflərlə baş qatmaq istəyirsə, şəxsən mən bu məsələdə əlavə vaxt itirmək niyyətində deyiləm. Əgər həqiqətən də müraciətimi araşdırmaq istəyirlərsə, o zaman sizin saytınızda dediklərim də Ədliyyə Nazirliyi üçün yetərlidir, zəhmət çəkib araşdırıb günahkarları cəzalandırsınlar, bu cəza başqalarına görk, cəmiyyətə ibrə olsun”.

 

 

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO