Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Texnikabank”ın idarə heyətinin sabiq sədri Samir Hüseynov, Müşahidə Şurasının sabiq sədri Etibar Əliyev, idarə heyətinin sabiq sədr müavini Nicat Abdullayev, Yasamal filialının sabiq müdiri Azər Cəfərli, filialın sabiq müdir müavini Elnur Seyidov, Abşeron filialının sabiq sədri Zülfüqar Zülfüqarlı, bankın paytaxt filialının sabiq müdiri İlham Bahadurov, Xəzər filialının sabiq müdiri Natiq Cəfərli və bankın daha 17 əməkdaşı barədə cinayət işi üzrə məhkəmə başa çatıb.
Savash.org teleqraf.com-a istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Samir Hüseynov 8 il, Nicat Abdullayev 8 il, Zülfüqar Zülfüqarlı 7 il 3 ay, Elnur Seyidov 7 il 6 ay, Elnur İsmayılov 8 il, Polad Talıbov 7 il 3 ay müddətinə azadlqdan məhrum ediliblər.
Nicat Abdullayevin barəsində seçilmiş qəti imkan tədbiri ləğv edilərək, o, məhkəmə zalından həbs edilib. Digər təqsirləndirilənlər şəxslərin barəsində şərti cəza təyin edilib.
Müşahidə Şurasının sabiq sədri Etibar Əliyev və Yasamal filialının sabiq müdiri Azər Cəfərlinin xəstə olmaları ilə əlaqədar olaraq onların cinayət işinə ayrıca baxılacaq.


































































































