Bakıda AĞIR QƏZA – Yevlax sakinini avtomobil vurdu - ÖZƏL

Bakıda AĞIR QƏZA – Yevlax sakinini avtomobil vurdu - ÖZƏL

Hazırda oxunan: Bakıda AĞIR QƏZA – Yevlax sakinini avtomobil vurdu - ÖZƏL

625116

Yevlax rayon sakini Bakıda yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında baş verib.

Belə ki, Yevlax rayonunun Aran-1 qəsəbə sakini, 22 yaşlı İbrahim İsayev skuterlə hərəkətdə olarkən avtomobil onu vurub.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. O, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Leyla Vəfadar, Mərkəzi Aran bürosu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO