Ağamirzə Əhədov iş adamları ilə görüşüb

Ağamirzə Əhədov iş adamları ilə görüşüb

Hazırda oxunan: Ağamirzə Əhədov iş adamları ilə görüşüb

35482

Hazırda Sumqayıtdakı "Karvan" ticarət mərkəzinin ikinci mərtəbəsində iş adamı Ağamirzə Əhədovla  bütün mallarını yanğında itirən icarədarlar arasında görüş keçirilir. Bu barədə Moderator. az saytını özəl mənbə məlumatlandırır. Mənbənin sözlərinə görə, ticarət mərkəzi ilə icarədarlar arasındakı görüşü bir neçə telekanal da işıqlandırır: "Hazırda A.Əhədov ondan kömək istəyən icarədarlarla görüşdədir. İş adamı baş verən yanğın olayının icarədarlar kimi ona da külli miqdarda ziyan vurduğunu əsas gətirərək hər kəsi mətin olmağa çağırır. İcarədarlar isə iş adamından təsəlli deyil, onlara dəyən ziyanın ödənilməsini tələb edirlər".

Mənbə icarədarların etiraz aksiyası ilə bağlı ölkə mətbuatında dərc olunan məlumatların da əsassız olduğunu söylədi. Mənbənin bildirdiyinə görə, burada söhbət hər hansı etiraz aksiyasından deyil, icarədarlarla sahibkar arasındakı görüşdən gedir.

 

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO