PA rəsmiləri Türkiyəyə səfər edib

PA rəsmiləri Türkiyəyə səfər edib

Hazırda oxunan: PA rəsmiləri Türkiyəyə səfər edib

34159

Novruz Məmmədovun ABŞ səfərindən sonra İstanbula getməsi maraq doğurur

20 sentyabr 2013-cü ildə Prezidenti Administrasiyasının rəhbərinin müavini və PA-nın xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov İstanbulda səfərdə olub. Prezident yanında Strateji Araşdırmalar Mərkəzindən “Yeni Müsavat”a verilən məlumata görə, səfər çərçivəsində N.Məmmədov Hazar Strateji İnstitutunda (HASEN) İTÜ-nün rektoru Mehmet Karaca, Anadolu Universitetinin dekanı Kerim Banar, Şehir Universitetinin professoru Burhanettin Duran, Yidiz Teknik Üniversitetinin professoru Adil Allahverdiyev və digər universitetlərin rəhbər şəxsləri, habelə “Turkish Policy Quarterly”jurnalının baş redaktoru Diba Nigar Göksellə görüşüb. Görüşdə “Azərbaycanın Xarici siyasəti: hazırkı vəziyyət və gələcəyə baxış” mövzusu müzakirə olunub.

Daha sonra N.Məmmədov "Kanal 24" televiziya kanalında baş koordinator Murat Çiçeyin proqramının qonağı olub ölkəmizin xarici siyasəti, sosial-iqtisadi inkişafı və Azərbaycanın son illərdə olan sürətli inkişafı ilə bağlı çox saylı suallara aydınlıq gətirib. Həmin gün o, həmçinin dövlət və müstəqil media rəhbərləri ilə təmaslar qurub. 
Məlumata görə, səmimi şəraitdə keçən görüş zamanı Türkiyə - Azərbaycan münasibətləri, son 10 ildə Türkiyə və Azərbaycanın iqtisadi və siyasi inkişafı: perspektivlər və problemlər, Türkiyə mətbuatında Azərbaycan haqqında xəbərlər, Türkiyə və Azərbaycan mətbuatının əməkdaşlığı, türk jurnalistlərin Azərbaycanın xarici və daxili siyasəti haqda məlumatlandırılması kimi mövzular müzakirə olunub. 
Qeyd edək ki, görüşlərdə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov və Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov da iştirak edib. 
N.Məmmədovun müəmmalı ABŞ səfərindən sonra Türkiyədə media qrupları ilə geniş tərkibli görüşlər keçirməsi də maraqlı məsələdir. Ümid edirik ki, Türkiyənin onlarla mətbuat nümayəndəsi ilə bir araya gələn Administrasiya rəsmisi Bakıya dönəndən sonra ABŞ və Türkiyə səfəri ilə bağlı yerli mətbuatın suallarına da cavab verməyə vaxt ayıracaq. Güman edilir ki, bu səfər seçki ərəfəsində türk mediasında iqtidar əleyhinə yazılar yazılmaması ilə bağlıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO