SİRUS TƏBRİZLİ! Varlığı və düşüncəsi ilə, amalı və əməli ilə, peşəkar jurnalist fəaliyyəti ilə Azadlıq uğrunda, Azadlıq yolunda sona qədər fədakarlıqla, sədaqətlə, cəsarətlə döyüşən millət əsgəri!
SİRUS
TƏBRİZLİ! Azad söz, azad düşüncə, demokratiya, həqiqət, ədalət, yüksəliş
uğrunda milli mücadilənin önündə gedən ziyalı-döyüşçü!
SİRUS
TƏBRİZLİ! Müstəqillik uğrunda milli-azadlıq hərəkatının öndərlərindən biri!
SİRUS
TƏBRİZLİ!Millət ziyalısı! Ziyalılıq nümunəsi!
SİRUS TƏBRİZLİ! Humanist, humanist olduğu
qədər də sadə bir insan!
SİRUS
TƏBRİZLİ! Kürəyini namərd gülləsinə verməyən mərd Azərbaycan kişisi!
SİRUS
TƏBRİZLİ! Əqidəsinə sadiq vətəndaş! Dönməzlik və əyilməzlik nümunəsi!
SİRUS
TƏBRİZLİ! Millətinə, cəmiyyətinə təmənnasız, səmimi xidmət edən, sadiq olan
böyük şəxsiyyət!
SİRUS
TƏBRİZLİ! Satqınlığı, xəyanəti, ikiüzlülüyü, hər gələn hakimiyyətə yaltaqlığı,
saxtakarlığı, mənəvi aşınmanı rədd edən mənəviyyatlı insan!
SİRUS
TƏBRİZLİ! Hər kəsin həyatda, fəaliyyətdə, xalqa xidmətdə öz yerində olmasını və
məhz öz yerində cəmiyyətə fayda verməsini istəyən dəyərli şəxsiyyət!
SİRUS
TƏBRİZLİ! Kimin üçün “qaranlıq”, kimin üçün “ziddiyyətli”, kimin üçün
“yarımçıq” olan, əsl həqiqətdə şəxsiyyət bütövlüyünə malik, kin-küdurətsiz,
birmənalı baxış və mövqeyindən dönməyən işıqlı, ziddiyyətsiz, açıq və xeyirxah bir
insan!
SİRUS
TƏBRİZLİ! HEYDƏR ƏLİYEVİN yüksək dəyər verdiyi insanların son təmsilçilərindən
biri!
SİRUS
TƏBRİZLİ! HEYDƏR ƏLİYEVİN sağlığında YAP-da adı HEYDƏR ƏLİYEVDƏN sonra sevilən
görkəmli ictimai-siyasi xadim! Sədaqətli və saf YAP-çıların sevimlisi!
SİRUS
TƏBRİZLİ! HEYDƏR ƏLİYEVİN ƏN YAXIN DOSTLARINDAN BİRİ!
SİRUS
TƏBRİZLİ! 91-lər ziyalı ordusunun son magikanı!
SİRUS
TƏBRİZLİ! Bir bölük "yeni azərbaycanlı"nın, siyasi rəqiblərin, onun
özündə və sözündə “düşmən” axtaranların, onu YAP-a qarşı qoyan saxtakarların heç
zaman sındıra bilmədiyi Heydər Əliyev məktəbi!
SİRUS
TƏBRİZLİ! Azərbaycan ictimaiyyətində “YAP-ın qurucusu” kimi yüksək
ictimai-siyasi status qazanan, həyatında
bu ada və statusa sona qədər sədaqətli qalan nüfuzlu ictimai-siyasi xadim!
SİRUS
TƏBRİZLİ! HEYDƏR ƏLİYEVLƏ birlikdə
yaratdığı partiyaya “Yeni Azərbaycan partiyası” adını qoyan, partiyanın ilk
proqram və nizamnaməsinin yazılmasında yaxından iştirak edən siyasətçi! Yazdığı
proqram və nizamnaməyə, qurduğu partiyanın ideyalarına və məqsədlərinə həmişə
əməl edən və sadiq qalan partiyadaş, mütərəqqi azərbaycanlı!
SİRUS
TƏBRİZLİ! Dövləti vəzifəsi, kapitalı,
səlahiyyətli məmur hökmü, varlı və vəzifəli olmadığı üçün malik olduğu insanlığı, sadəliyi
və humanistliyi ölümündən sonra belə sui-istifadələrə səbəb olan, ölümündən
sonra da barəsində haqsız dedi-qodular, qarayaxmalar, gözdənsalmalar düzənlənən
qeyrətli azərbaycanlımız!
SİRUS
TƏBRİZLİ! Azərbaycanda düz sözünə, həqiqəti dediyinə, ağıllı danışdığına,
səhvləri göstərdiyinə görə sevilməyən yaxşı insanlardan biri!
SİRUS
TƏBRİZLİ! Vətən Təbrizimizin adını öz adında yaşadan və vətən adını özü ilə haqq
dünyasına qovuşduran “vətənində qərib”!
SİRUS
TƏBRİZLİ! “Milləti, dövləti bu ağır faciələrdən xilas edə bilən yeganə bir
siyasətçi var. O da Heydər Əliyevdir!” “Azərbaycanı Heydər Əliyev idarə
etməlidi. Bunu xalq tələb. edir, zaman tələb edir, tarix tələb edir!” “Mən
Sirusam, mən susa bilmərəm!” “Sonra da deyirlər Sirus sərt danışır, bizi tənqid
edir, filan. İstər iqtidar olsun, istər müxalifət, mən səhvləri həmişə üzlərinə
demişəm, deyəcəm də. Sən danışma, mən danışmayım, bəs bu millətin sözünü kim
deməlidi?” “İndi Heydər Əliyevə əl çalanlar, tərif deyənlər, ev, maşın alanlar
ölkənin, millətin o ağır günlərində niyə Heydər Əliyevin yanında deyildilər,
onu dəstəkləmirdilər, yada salmırdılar!” “Başa düşürsən? Bizim bu xalq
qarşısında öhdəliyimiz var, vəzifəmiz var, onlara mütləq əməl etməliyik. Sabah
yaxamdan yapışıb deyəcəklər, Sirus, bəs hanı vəd elədiklərin!” “Mən bunlara
çoxdan bələdəm, hakimiyyətin sükanını bunlara etibar eləmək olmaz. Xalq bir
dəfə səhv elədi, hələ də səhvini özünə bağışlamır!” “Mənim İlham Əliyev
haqqında mövqeyim hamıya məlumdur. Mən İlham Əliyevi dəstəkləyirəm, onun
prezidentliyinə səs verənlərdən biri də mənəm. Azərbaycanda bu qədər
yenilikləri, inkişafı, abadlığı görməmək insafsızlıq olar. O, bunlardan da çox
iş görə bilər. Gəncdir, enerjilidir, təcrübəlidir, ağıllı siyasətçidir.
Millətini sevəndir. Hamımız ona kömək etməliyik. Başqa yolumuz yoxdu! Mən
xalqımı sevirəmsə İlham Əliyevdən başqa kimə səs verməliyəm, kimi
dəstəkləməliyəm. Var onu əvəz eləyən, dövləti idarə edə bilən siyasətçin? Yox!”
SİRUS
TƏBRİZLİ! İnqilabçı! İslahatçı! Yenilikçi! Tribun!
SİRUS
TƏBRİZLİ! Ölümü ilə də iqtidarı və müxalifəti bir araya gətirə bilən böyük millətsevər,
böyük vətənsevər!
SİRUS
TƏBRİZLİ! Vətənində peyğəmbər ola bilməyən millət şəhidi!
SİRUS
TƏBRİZLİ! İllərlə içində gəzdirdiyi haqsızlıqlardan ürəyi partlayan tənha haqq
yolçusu!
SİRUS
TƏBRİZLİ! Deməyə, yazmağa hələ nə qədər sözü olan dostumuz!
SİRUS
TƏBRİZLİ! Allah rəhmət eləsin!
P.S. Bağışlayın. Yazmaya bilmədim.
Onunla
hələ “Ədəbiyyat və incəsənət” qəzetində işlədiyi vaxtlarda, 1992-1993 illərdə,
ondan sonralar da görüşmüşəm, danışmışam, dinləmişəm. Sağlığında barəsində
yazmışam, 60 illiyində yubiley məqaləsi yazmışam, olub ki tənqidi fikrimi də
demişəm. Xatirə deməyə, yazmağa mənim də sözüm var.
Amma...
Ölümündən
sonra...
Yazmaya
bilmədim.
İstədim
“Sirus olduğu kimi” yazım.
Bacardımmı...
Müqəddəs
Quran: “Hamınızın son dönüşü Allahadır”.
Ruhu
şad olsun.
Moderator.az































































































