“Zara”nın "ölümcül şalvar"ları: Dəbsevərlər kütləvi şəkildə yıxılırlar – FOTO-VİDEO

“Zara”nın "ölümcül şalvar"ları: Dəbsevərlər kütləvi şəkildə yıxılırlar – FOTO-VİDEO

Hazırda oxunan: “Zara”nın "ölümcül şalvar"ları: Dəbsevərlər kütləvi şəkildə yıxılırlar – FOTO-VİDEO

625210

“Zara”nın məşhur geniş biçimli şalvarları gözlənilmədən TikTok-da müzakirələrin mərkəzinə düşüb. İstifadəçilər həddindən artıq uzun biçimli olduğu üçün onlarla qızın yıxılması və xəsarət alması nəticəsində bu modelə "ölümcül şalvarlar" (Zara death trousers) adını veriblər.

Bizim.Media xəbər verir ki, #zaratrousers həştəqi artıq alıcıların zədələnmiş dizlərini, cızılmış ovuclarını və uğursuz yıxılma anlarını əks etdirən müşahidə kamerası görüntülərini paylaşdıqları videolarla dolub.

"Zara”nın ölümcül şalvarlarının növbəti qurbanı", — deyə istifadəçilərdən biri çınqıllı yola yıxıldıqdan sonra cızıqlarla dolu əllərini göstərərək videosuna şərh yazıb. Digər bir istifadəçi isə evinin təhlükəsizlik kamerasından görüntülər paylaşıb; videoda qız qarajdan çıxan kimi şalvarının ətəyinə ilişib yıxılır.
 

Şərhlərdə bir çoxları eyni problemlə qarşılaşdıqlarını etiraf ediblər. "Bu şalvarlara görə dizlərimdə ömürlük yara izləri qaldı", "Bu şalvarlar haqqında Netflix-də sənədli filmə ehtiyacımız var", "Hamımız az qala ölmüşdük", — deyə istifadəçilər zarafat edirlər.


Bəziləri problemi şalvarı qısaltmaqla həll etməyə çalışıblar. Lakin bir alıcının sözlərinə görə, hətta şalvarı gödəldikdən sonra belə risk qalmaqdadır. Qız məktəblilər qrupunun qarşısında yıxıldıqdan sonra bu addımı atmağa qərar verdiyini etiraf edib.

İstifadəçilər hesab edirlər ki, səbəb təkcə uzunluq deyil. Onların fikrincə, təhlükəni yaradan əsas amillər çox geniş biçim, sürüşkən parça və açıq ayaqqabıların kombinasiyasıdır ki, bu da yeriyərkən şalvar ətəyinin asanlıqla ayaq altına düşməsinə səbəb olur.

Şikayətlərə baxmayaraq, model populyarlığını qoruyur. Təxminən 45 dollar dəyərində olan şalvarlar boş silueti, beldə rahat rezin kəməri, cibləri və münasib qiyməti ilə alıcıları cəlb etməyə davam edir. Düzdür, artıq bir çoxları onları ehtiyatla geyinməyi məsləhət görürlər.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO