İran ordusu ABŞ-ın regiondakı hərbi fəallığına cavab olaraq Küveytdəki Amerika hərbi obyektlərinə və bir hərbi gəmiyə pilotsuz uçuş aparatları (PUA) və qanadlı raketlərlə zərbələr endirdiyini bəyan edib.
Bizim.Media “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran ordusunun mətbuat xidməti məlumat yayıb.
İran Silahlı Qüvvələrinin yaydığı rəsmi bəyanata əsasən, həyata keçirilən hava hücumları zamanı Küveytdə yerləşən ABŞ hərbi bazalarındakı rabitə sistemləri, yanacaq çənləri, "Patriot" hava hücumundan müdafiə kompleksləri, müşahidə qüllələri və silah-sursat anbarları kamikadze dronlar vasitəsilə vurulub.
Bununla yanaşı, Tehran rəsmiləri ABŞ-ın İranın hərbi mövqelərinə endirdiyi raket zərbələrinə cavab olaraq, İran Hərbi Dəniz Qüvvələrinin dənizdəki Amerika hərbi gəmisinə qanadlı raketlərlə uğurlu hücum təşkil etdiyini açıqlayıblar.
Hələlik ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və ya Küveyt rəsmiləri tərəfindən hər hansı açıqlama verilməyib. Regionda vəziyyət gərgin olaraq qalır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:34 / 14.07.2026
İrandan SƏRT CAVAB – ABŞ bazaları belə vuruldu – VİDEO
Hazırda oxunan: İrandan SƏRT CAVAB – ABŞ bazaları belə vuruldu – VİDEO
Hazırda oxunan: İrandan SƏRT CAVAB – ABŞ bazaları belə vuruldu – VİDEO
625121
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































