DRON HÜCUMU: Başqırdıstanda neft emalı zavodu vuruldu - VİDEO

DRON HÜCUMU: Başqırdıstanda neft emalı zavodu vuruldu - VİDEO

Hazırda oxunan: DRON HÜCUMU: Başqırdıstanda neft emalı zavodu vuruldu - VİDEO
625139
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyulun 14-ü səhər saatlarında Başqırdstanda, Salavat şəhərinin sakinləri partlayışlar və yanğın barədə məlumat veriblər.

Bizim.Media xəbər verir ki, "ASTRA" teleqram kanalının şahidlərin çəkdiyi kadrlar əsasında apardığı təhlilə görə, Rusiyanın ən böyük neft emalı və neft-kimya komplekslərindən biri olan və "Qazprom" qrupuna daxil olan müəssisə hücuma məruz qalıb.
 

Ehtimal olunur ki, hücumdan sonra daha bir müəssisə — "Rosneft-Opt"da da yanğın baş verib. Bu, şirkətin neft bazaları şəbəkəsindən neft məhsullarının topdansatışının həyata keçirildiyi satış strukturudur. Bu, ayrıca neft emalı zavodu deyil, yanacağın saxlanması və buraxılması sistemidir.


Bundan əlavə, sosial şəbəkələrdə Krasnodar diyarındakı Afipski neft emalı zavoduna da hücum edildiyi barədə məlumatlar yayılıb, lakin hazırda detallar məlum deyil.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO