Prezidentin köməkçisi: “Münaqişələr həm də informasiya məkanında aparılır”

Prezidentin köməkçisi: “Münaqişələr həm də informasiya məkanında aparılır”

Hazırda oxunan: Prezidentin köməkçisi: “Münaqişələr həm də informasiya məkanında aparılır”

625140

“Münaqişələr təkcə döyüş meydanında deyil, həm də informasiya məkanında aparılır”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib.

Hikmət Hacıyev bildirib ki, Azərbaycanın regionda, xüsusilə də media sahəsində artan rolunu nəzərə alanda Şuşa şəhərindən daha uyğun məkan təsəvvür etmək çətindir.

O bildirib ki, ötən il Ermənistanla aparılan danışıqlar və əldə olunan razılaşmalar fonunda bəzi beynəlxalq media orqanlarında qərəzli və problemli materialların hələ də üstünlük təşkil etdiyi müşahidə edilir.

Prezidentin köməkçisi vurğulayıb ki, Qarabağ münaqişəsi uzun illər beynəlxalq medianın diqqət mərkəzində olub.

“Bəzi beynəlxalq media qurumları bizi bu münaqişədə günahkar qismində təqdim etməyə çalışırdı. Bu isə təəssüf doğururdu. Qarabağ münaqişəsindən danışarkən qeyd etməliyik ki, bizim məqsədimiz yalnız öz suverenliyimizi bərpa etmək idi və biz buna nail olduq. Buna baxmayaraq, beynəlxalq mediada Azərbaycana qarşı qərəzli yanaşmalar davam edirdi”, – deyə Hikmət Hacıyev əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO