Cəlilabadda qədim yaşayış məskənində sənətkarlıq məhəlləsi tapıldı - FOTO

Cəlilabadda qədim yaşayış məskənində sənətkarlıq məhəlləsi tapıldı - FOTO

Hazırda oxunan: Cəlilabadda qədim yaşayış məskənində sənətkarlıq məhəlləsi tapıldı - FOTO
625148
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cəlilabadda Paşatəpə qədim yaşayış məskənində sənətkarlıq məhəlləsi aşkar edilib.

Bizim.Media xəbər verir ki, rayonun Cəfərxanlı kəndi ərazisində yerləşən Paşatəpə qədim yaşayış məskənində aparılan arxeoloji qazıntılar zamanı yeni elmi nəticələr əldə olunub.

Tədqiqatlar zamanı dulus sobası aşkar edilib. Arxeoloqların qənaətinə görə, bu tapıntı Paşatəpənin qədim neolit dövrünə aid sənətkarlıq məhəlləsi olduğunu təsdiqləyir.

Eləcə də daş əmək alətləri, əkinçilikdə istifadə olunduğu ehtimal edilən tam vəziyyətdə maral buynuzu və digər qiymətli arxeoloji nümunələr də üzə çıxıb.

Mütəxəssislər bildirirlər ki, tapıntılar üzərində aparılacaq elmi araşdırmalar Paşatəpədə yaşamış insanların təsərrüfatı və sənətkarlıq fəaliyyəti barədə daha dolğun məlumat əldə etməyə imkan verəcək. (Apa.az)

Cəlilabadda qədim yaşayış məskənində sənətkarlıq məhəlləsi tapıldı - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO