Dünən “İpək
Yolu” Sahibkarlığa Dəstək İctimai Birliyi tanınmış iş adamları üçün növbəti
dəfə “Dostluqda əl-ələ” adlı iftar süfrəsi təşkil etdi. Ramazan ayı və bayramın
yaxınlaşması münasibətilə təşkil olunmuş iftara ölkənin bir neçə şirkətlərinin
rəhbər və nümayəndələri təşrif buyurmuşdular. Onların sırasında Tuna
nəşriyyatı, Cihan reklam, İnfinor, Azernet, Pinlight, Seramik center, Halal
group və başqa şirkətlərdən rəhbərlər və üzvlər vardı.
Azan səsindən
sonra Birliyin katibi Sərraf Nəzər açılışı edərək hamını Ramazan ayı və
bayramın yaxınlaşması münasibəti ilə təbrik etdi. Sonra sözü Birliyin rəhbəri
Rəşid Çulaqova verdi. R. Çulaqov hər kəsi salamlayaraq çıxışını belə davam
etdirdi: “İpək Yolu” sahibkarlığa dəstək ictimai birliyinin təşkil etdiyi “Dostluqda
əl-ələ adlı iftar proqramımızda hamınızı xoş gördük. Dəvətimizə dəyər verib
Ramazani-şərifin mübarək gecələrindən birini də bizə ayırdığınız üçün hamınıza
öz adımdan və idarə heyətimiz adından təşəkkür bildirirəm. Dəyərli dostlar, hər
sahədə olduğu kimi iqtisadi sahədə böyümə yalnız birləşməklə, yaxınlaşmaqla,
uzlaşmaqla, əl-ələ verməklə olur. Düzgün partnyorların seçilməsi, düzgün
zamanda və düzgün yerə sərmayənin qoyulması isə hər zaman risk məsələsi ilə
üz-üzə olan sərmayəni daha da güvənli daha da qarantili edir.Bunun üçün də
ünsiyyətə ehtiyac olduqca böyükdür. Biz də bu ehtiyacdan yola çıxaraq durmadan
böyüməkdə və güclənməkdə olan dövlətimizin beynəlxalq iqtisadi siyasətindən
şirkətlərimizin də düzgün faydalana bilmələri üçün belə bir ictimai birliyi
qurmaq qərarına gəldik.
Sizlər
şirkətlərsiniz, hər zaman böyümə, inkişaf etmə, güclənmə arayışı içindəsiniz.
Bunun üçün bəsirətli düşünməyə, incə hesablara və dünyada baş verən iqtisadi
müvazinəti qorumağa və bazar iqtisadiyyatının rəqabət imtahanından düzgün
çıxmağa ehtiyac vardır.
Biz beynəlxalq
müşahidələrimizə inanaraq sizlərə qeyd etdiyimiz bu imkanları tam əminliklə
təklif edirik. Bizimlə bərabər olmağınıza inanıram ki, peşman olmayacaqsız.
Əgər buna sizdə inanırsızsa, buyurun əl-ələ addımlayaq”.
İftar zamanı
tanınmış sənətçi Novruz Novruzlu öz mahnıları ilə gələn qonaqların könlünü
oxşamağa çalışdı.




































































































