Xədicə İsmayıl Qərbi niyə tənqid edir?

Xədicə İsmayıl Qərbi niyə tənqid edir?

Hazırda oxunan: Xədicə İsmayıl Qərbi niyə tənqid edir?

3039

Bizim.Media məlumat verir ki, sosial şəbəkələrdə tanınmış jurnalist Xədicə İsmayılın son statuslarında beynəlxalq miqyasda Azərbaycana qarşı sanksiya cəhdlərini tənqid edən fikirlər yer alıb: 

“Azərbaycan hökumətinə və ya Türkiyəyə Qarabağdakı müharibə ilə əlaqədar sanksiya cəhdləri Azərbaycan vətəndaş cəmiyyəti tərəfindən qətiyyətlə pislənilməlidir”.

Xədicə İsmayıl bildirib ki, Azərbaycanın bu müharibədəki hərəkətləri Ermənistan tərəfindən 700 mindən çox azərbaycanlının qaçqın və didərgin düşməsinə cavab olub. Ermənistan Rusiya ilə birlikdə bu müharibənin təşəbbüskarı və günahkardır:

“Ermənistan tərəfi bu əməllərinə görə çoxdan qınanmalı və sanksiya edilməli idi. Dünya 700 min məcburi köçkünün evlərinə qayıtma şansını qeyd etməlidir. Dünya bunun sülh yolu ilə reallaşması üçün heç bir şey etmədi”.

“Azərbaycanın mülki vətəndaşları (qaçqınlar, məcburi köçkünlər, Ermənistan ordusunun döyüş bölgəsindən çox uzaqdakı raket hücumlarından həlak olan insanlar) da insandır. Onlara əhəmiyyət vermədinizsə, nəyəsə əhəmiyyət verirsiniz kimi davranmayın.” deyə Xədicə İsmayıl qeyd edib.

Xatırladaq ki, 44 günlük müharibədə Xədicə İsmayılın qardaşı oğlu da şəhid olub. Bu barədə jurnalist öz facebook hesabındda məlumat verib.

İsmayılov Rövşən Məmmədağa oğlu 13 oktyabrda Ağdərə Levonarx istiqamətində döyüş əməliyyatlarına qatılıb və o gündən etiabrən haqqında hər hansı məlumat əldə etmək mümkün olmayıb.

Əsgərin ailəsinin axtarışları nəticəsində isə Rövşənin şəhid olduğu müəyyən olunub.

Bizim.Media olaraq vətənizimin ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO