Ölən ana və uşağın qohumları xəstəxananı alt-üst etdi  - İSMAYILLIDA

Ölən ana və uşağın qohumları xəstəxananı alt-üst etdi - İSMAYILLIDA

Hazırda oxunan: Ölən ana və uşağın qohumları xəstəxananı alt-üst etdi - İSMAYILLIDA

30050

İsmayıllı rayonunda baş verən ana və uşaq ölümünün təfərrüatları bəlli olub.

Moderator.az movqe.az-a istinadən xəbər veir ki, Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini Gülər Ağayeva hadisənin ötən gecə İsmayıllı Mərkəzi rayon Xəstəxanasının Doğum Şöbəsində qeydə alındığını bildirib. Lahıc qəsəbə sakini, 1981-ci il təvəllüdlü Ağabalayeva Şəhla Aydın qızı övladını dünyaya gətirmək üçün xəstəxanaya gətirilib. Bu, onun üçüncü hamiləliyi olub. İki qız anası olan Ağabalayeva Şəhla oğlan övladı dünyaya gətirməyə hazırlaşırmış. Amma hamilə xəstəxanaya ölü döllə daxil olub:

"Yəni qadın xəstəxanaya müraciət edərkən onun bətnindəki körpənin ölü döl olduğu müəyyənləşib. Ağabalayeva Şəhlanın bətnindən ölü döl təbii yolla xaric edilib. Doğuşdan 10 dəqiqə sonra Ş.Ağabalayevanın vəziyyəti pisləşib. Onda tənəffüs çatışmazlığı, göyərmə, ürək ağrıları baş qaldırıb. Dərhal tədbirlər görülüb. Amma buna baxmayaraq, xəsətə tromboemboliya diaqnozu ilə həyatını itirib”.

G.Ağayeva Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyasında hadisənin araşdırıldığını söyləsə də, xəstənin yaxınlarının uşağın və ananın meyidinin tibbi ekspertizadan keçirilməsinə imkan vermədiyini söylədi. Onun sözlərinə görə, xəstənin yaxınları xəstəxanada qalmaqal salıb və bəzi əşyaları qırıb dağıdaraq ana və uşağın meyidini alıblar: "Onlar bildiriblər ki, din adamları olduqlarından xəstənin yarılaraq tibbi ekspertizadan keçirilməsinə icazə verə bilməzlər. Deyiblər ki, ananı və uşağı dinə uyğun şəkildə dəfn edəcəklər”.

G.Ağayeva odur ki, hazırda dünyasını dəyişən ananın tibbi sənədlərinin yoxlanıldığını söylədi: "Hazırda biz araşdırırıq, görək, hamiləlik dövründə onun müayinəsi tibbi tələblərə uyğun aparılıb, ya yox? Hamiləlik dövründə döldə müayinələr zamanı hansı fəsadların olması araşdırılacaq. Bizə verilən bilgiyə görə, Ş.Ağabalayeva hamiləlik dövründə Lahıc qəsəbəsindəki tibbi məntəqəyə qeydiyyata düşərək 7 dəfə müayinədən keçib. Hətta xəstə müayinə üçün Bakıya da gəlib. Bunların hamısı araşdırılacaq”.

G.Ağayeva Ş.Ağabalayevanın ölümündə həkimin təqsirinin olub-olmadığı barədə indidən fikir söyləməyin tez olduğunu da bildirdi: "Tromboembaliya elə bir tibbi fəsaddır ki, burada həkimin səyi də nəticə vermir. Amma bizim bildiyimizə görə, həkim xəstənin qohumu olub".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO