Nazirlər xalqdan gizlin maaşlarını qaldırdılar...

Nazirlər xalqdan gizlin maaşlarını qaldırdılar...

Hazırda oxunan: Nazirlər xalqdan gizlin maaşlarını qaldırdılar...

274115
Büdcədəxa0 kəskinxa0 vəsait çatışmazlığına baxmayaraq, nazirlərin maaşlarını gizli artırması məlum olduqdan sonra Fələstin hökumətixa0 xa0qalmaqal hədəfinə çevrilib .

Moderator.azxa0 Rusiya mediasına istinadla xəbər verir ki, mediaya sızan sənədlərə görə, hələ 2017-ci ildə Fələstin muxtariyyətinin prezidenti Mahmud Abbas heç bir rəsmi məlumat vermədən nazirlərin aylıq əmək haqqını 3 min dollardan 5 min dollara, Baş nazirin maaşını isə 4 min dollardan 6 min dollara qədər artırıb.xa0xa0

Yaxın Şərq sülh prosesinə dair BMT-nin xüsusi koordinatoru Nikolay Mladenov yeni təyin olunmuş Fələstin Baş naziri Məhəmməd Ştaye ilə danışdığını və onun maaşların artımını ləğv etməyə razılıq verdiyini bildirib.xa0

Fələstinlilər özləri sosial şəbəkələrdə büdcə vəsaitlərinin çatışmazlığı və hökumət sektorunda əmək haqqının azalması şəraitində nazirlərin maaşlarının astronomik artımı ilə əlaqədar qəzəblərini ifadə ediblər.xa0xa0

Qeyd etmək lazımdır ki, İsrail Fələstin adiministrasiyası adından topladığı vergilərdən ayda təxminən 10 milyon dollar tutur.

Sultan Laçın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO