- A-
- A
- A+
Cəmiyyət
08:59 / 06.06.2019
1 dəq oxunma
"Nuriyyə xanımda dəyərlərə sevgi, sayğı o dərəcədə elitar formada sezilir ki..."
Hazırda oxunan: "Nuriyyə xanımda dəyərlərə sevgi, sayğı o dərəcədə elitar formada sezilir ki..."
273707
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Dünən ailəliklə dəyərli Azərbaycan sənət adamı Nuriyyə xanım Hüseynovanın H.Əliyev Sarayında düzənlənən solo-konsertində iştirak edirdik.xa0
Son illərdə izlədiyim ən gözəl bir tərtibat sayıla bilir. Söhbət yalnız sənətdən getmir, sənət adına cəmiyyətə verilən doğru, sağlam mesajlardan gedir. Bizim həqiqətən gözəl səs potensialı, musiqi çeşidliliyi olan sənətkarlarımız az-çox var, ancaq səsdən başqa ədəbi, zəkası, müasirliklə milliliyi uzlaşdırması, dəyərləri önə çəkməsi ilə fərqlənənlər isə çox-çox azdır. Bir çox hallarda bayrağı bədənə bürüməklə, süni vətənpərvərlik ritorikası ilə təqdimatlar da bezdirici olur. Ancaq Nuriyyə xanımda dəyərlərə sevgi, sayğı o dərəcədə elitar formada sezilir ki, dinləyici səmimi mesaj ala bilir. Özəlliklə də sonluqdakı mərhum Cəfər Cabbarlının bayraq dastanının dəyərli sənətkarımız Həlimət xanımla birlikdə təqdimatı çox duyğulu və anlamlı idi. Fikrimcə, Azərbaycanda hər bir sənət adamı yalnızca konsert verməyi düşünməməli, həm də sənət adına sağlam, doğru mesajlar verməyi düşüncə planına daxil etməlidir. Bu uğurlu təqdimata görə Nuriyyə xanıma təşəkkür edirəm.
Fazil Mustafa, Millət vəkili
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































