İş adamından erməni vandalizminə - ETİRAZ

İş adamından erməni vandalizminə - ETİRAZ

Hazırda oxunan: İş adamından erməni vandalizminə - ETİRAZ

2675

Azərbaycan əsgərinin xristian məbədlərinə olan davranışı ermənilərin məscidlərimizə qarşı olan vəhşi münasibəti ilə müqayisə oluna bilməz.

Bizim.Media xəbər verir ki, bu barədə  tanınmış iş adamı, “Novco” Şirkətlər Qrupunun prezidenti Farid Novruzi öz “Facebook” səhifəsində bildirib.

O, işğaldan azad olunan ərazilərimizdə məscidlərimizin ermənilər tərəfindən vəhşicə dağıdılmasına  təssüf hissini bildirib:

“65 məscidimizdən işğal olan ərazilərdə 63-ü darmadağın olmuş və ya donuzlar tövləsinə çevrilmiş halda görən Azərbaycan əsgərinin əks tərəfin məbədlərinin üzərində bir yazı yazması və ya azan səsləndirilməsi, ermənilərin törətdiyi vəhşiliklərlə müqayisədə heç müzakirə olunacaq qədər deyil".

"Düşünürəm ki, buna anlayış göstərərək onlara izah olunar ki, hal-hazırda həssas bir vaxtdayıq və xristian məbədlərinə hörmətsizlik etmək nə dinimiz, nə də əxlaqımız nöqtəyi-nəzərindən doğru deyil, ələxsus da Qarabağ, Laçin və Kəlbəcər ərazilərində, çünki onlar erməni yox, qədim Alban məbədləridir”,- deyə iş adamı bildirib. 

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO