"Söyləsəm, yer yerindən oynayacaq!" - Vəkil Şəfiqə Nağıyeva "Səni axtarıram"dan getdi

Hazırda oxunan: "Söyləsəm, yer yerindən oynayacaq!" - Vəkil Şəfiqə Nağıyeva "Səni axtarıram"dan getdi

266373
Azərbaycanlı vəkil Şəfiqə Nağıyevanın uzun zamandır ekspert kimi çıxış etdiyi "Səni axtarıram" sosial proqramdan getməsi səs-küyə səbəb olub.
Vəkilin verilişdən getməsindən yana adı qalmaqalda hallanmağa başlanıb.

xa0Bu səbəbdən Ş. Nağıyeva sosial şəbəkə hesabında açıqlama verib.xa0

Açıqlamanın redaktə formasını təqdim edirik:

"Teleməkanda mənimlə bağlı söylənilən boş sözlər barədə mənə məlumat verildi. Sizə bildirmək istəyirəm ki, aprel ayının 4-də mən bir il ərzində gördüyum haqsızlıqlara dözməyərək, iştirak etdiyim verilişi tərk etdim. Eşitdiyimə görə verlişin bağlanması təklifini mənimlə əlaqələndirirlər. Əslində isə verilişin baglanması təklifi bir həftə əvvəl blogger tərəfindən irəli sürülmüşdü. Mən hələ ki, susuram! Mənə böhtan atılmasın! Söyləyəcəyim çox şeylər var, söyləsəm, yer yerindən oynayacaq. Hesab edirəm ki, ayrılanda da mərdi-mərdanə ayrılmaq lazımdır".(big.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO