Əfv sərəncamı 6 saylı cəzaçəkmə müəssisəsində də icra olunub

Əfv sərəncamı 6 saylı cəzaçəkmə müəssisəsində də icra olunub

Hazırda oxunan: Əfv sərəncamı 6 saylı cəzaçəkmə müəssisəsində də icra olunub

263325
Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində də icra olunub.

Cəzaçəkmə müəssisəsindən 49 nəfər azadlığa çıxıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis müavini general-mayor Məhərrəm Qafarov bildirib ki, sərəncamın icrasına uyğun olaraq 6 saylı CM digər cəzaçəkmə müəssisələrinə nisbətən ən çox məhbusun əfv olunduğu müəssisədir.
xa0
Prezident İlham Əliyevin martın 16-da imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam ümumilikdə 431 nəfərə şamil edilib.

Martın 17-si səhər saatlarından etibarən Prezidentin əfv sərəncamının icrasına başlanılıb. Sərəncama görə, artıq Gözəl Bayramlı və Şəmsiyyə Bəylərqızı da daxil olmaqla 23 qadın 4 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO