Prezident Milli Məclisə yeni qanun layihəsi göndərdi

Prezident Milli Məclisə yeni qanun layihəsi göndərdi

Hazırda oxunan: Prezident Milli Məclisə yeni qanun layihəsi göndərdi

258059

Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə “Əmanətlərin tam sığortalanması haqqında” Qanununda dəyişiklik edilməsi barədə layihə Milli Məclisə daxil olub.

xa0

Moderator.az xəbər verir ki, bu barədəxa0Modern.az-axa0açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov məlumat verib.

xa0

Deputat bildirib ki, sənədə əsasən, əmanətlərin tam sığortalanması 2020-ci ilin mart ayının 4-ə qədər uzadılır.

“Bildiyimiz kimi, əmanətlərin tam sığortalanması barədə qərar 2016-cı il martın 4-dən qüvvəyə minmişdi və bu il martın 4-də qüvvədə olma müddəti yekunlaşırdı. Ancaq bu müddət yenidən 1 il müddətinə uzadılacaq”.

xa0


Vahid Əhmədov qeyd edib ki, sənəd gələn həftə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə ediləcək.

xa0

Qeyd edək ki, Milli Məclisin fevralın 1-də keçirilən iclasındaxa0 deputat Vahid Əhmədov “Əmanətlərin tam sığortlanması haqqında” qanunun vaxtının uzadılmasını təklif etmişdi.

“Əmanətlərin tam sığortalanmasının müddəti cari ilin mart ayında başa çatır. Bu müddətin uzadılması üçün yeni qanun qəbul edilməli, ya müvafiq qanuna dəyişikliklər edilməlidir. Əgər bu müddət uzadılmasa, Azərbaycanın bank sistemi çökəcək. Bankları da, əmanətçiləri də bu vəziyyətdən çıxarmaq lazımdır. Yoxsa bu, banklara növbəti böyük zərbə olar”, - deyə deputat bildirmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO