Milli Məclisin sabiq deputatı vəfat etdi

Milli Məclisin sabiq deputatı vəfat etdi

Hazırda oxunan: Milli Məclisin sabiq deputatı vəfat etdi

256392

II çağırış Milli Məclisin (2000-2005-ci illər) 39 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə deputatı olmuş Xıdır Alovlu vəfat edib.

Moderator.az xəbər verir ki, bu barədəxa0Modern.az-a sumqayıtlı jurnalist Rəhman Orxan məlumat verib. Onun sözlərinə görə, bu il martın 2-də X.Alovlu 80 illik yubileyini qeyd etməyə hazırlaşırdı.

Xıdır Binnət oğlu Alovlu 1939-cu il martın 20də Qərbi Azərbaycanda anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib.

Uzun illər Sumqayıtda fəhlə, mühəndis, məkdəb direktoru, İcra Hakimiyyəti başçısının müavini işləyib. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının sədri, Siyası Şuranın üzvüdür.xa0

2000-2005-ci illərdə Milli Məclisin deputatı olub.

İqtisadiyyata,xa0təhlükəsizliyə, sosial həyata bir sıra əsərlər yazıb, kitablar çap etdirib.xa0 O, həm də şair-yazıçı kimi tanınırdı.

Allah rəhmət eləsin!

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO