Yüksək posta aparılan mətbuat katibləri...

Yüksək posta aparılan mətbuat katibləri...

Hazırda oxunan: Yüksək posta aparılan mətbuat katibləri...

254731

Əvvəllər bir jurnalistin yüksələ biləcəyi ən böyük vəzifə mətbuat katibliyi sayılırdısa, son bir il ərzində bir neçə tanınmış jurnalist elə birbaşa mətbuat katibliyindən yüksək vəzifəyə təyinat alıb.

xa0

Moderator.az Modern.az-a istinadənxa0onların siyahısını təqdim edir.

30 oktyabr 2018-ci ildə Prezident İlham Əliyevin imzaladığı sərəncamlaxa0Tahir Məmmədovxa0Şamaxı Rayon İcra Hakimiyyətinə başçı təyin edilib.

T.Məmmədov bu təyinatadək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müşaviri vəzifəsində işləyirdi.

Daha əvvəl isə o,xa0Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının daxili nəzarət və audit şöbəsinin müdiri vəzifəsində çalışıb.

Nazirliyə gəlməzdən öncə T.Məmmədov İctimai Televiziyada müxtəlif vəzifələrdə olub, departament direktoru və “Eurovision” Mahnı Müsabiqəsində Azərbaycan nümayəndə heyətinin üzvü və rəhbəri kimi fəaliyyət göstərib.

xa0

Etimad göstərilərək yüksək posta gətirilən mətbuat katiblərindən biri dəxa0Hikmət Hacıyevdir. 26 noyabr 2018-ci ildə dövlət başçısıxa0 İlham Əliyev Hikmət Hacıyevin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.


H.Hacıyev 2014-2018-cil tarixlərində Xarici İşlər Nazirliyində mətbuat katibi postunda çalışıb. Son təyinatadək isəxa0Prezident Administrasiyasının xarici əlaqələr şöbəsində müdir müavini vəzifəsini tuturdu. O, 2018-ci ilin sentyabrında həmin posta aparılmışdı.xa0

Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin əvvəlki müdiri Novruz Məmmədovun Baş nazir təyin olunmasından sonra həmin vəzifə boş qalırdı.

xa0

xa0

Növbəti mətbuat katibi isə icra başçısınını müvaini postuna aparılıb. Belə ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisixa0vəzifəsindən Səbail rayon İcra Hakimiyyəti başçılığına təyinat alan Vüqar Zeynalovun müvafiq əmrilə 14 dekabr 2018-ci ildəxa0Vüqar Şıxəmmədovxa0onun müavini vəzifəsinə gətirilib. V.Şıxəmmədv bu təyinatadək Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdirixa0olub.

xa0

xa0

Sonuncu təyinat isəxa0Anar Hüseynovla bağlıdır. Kənd təsərrüfatı naziri İnam Kərimovun müvafiq əmrilə qurumun İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nə direktor təyin edilib.

“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Nazirlər Kabinetinin 26 sentyabr 2018-ci il tarixli qərarı ilə yaradılıb. Anar Hüseynov daha əvvəllərxa0Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("Asan Xidmət") İnformasiya təminatı şöbəsinin rəhbəri vəzifəsində çalışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO