Dəyərli dostlar. Bizim fikrimizcə Oğuz Türkləri XVI əsrə qədər vahid dilə və vahid kültürə sahib olan bir Türk boyudur. Oğuzların Səlcuqlu imperiyası bu vahid kültürü təmsil etmişdir. XVI əsrdən etibarən Oguz iki qola Şərq və Qərb qoluna bölünmüşdür və Oğuzca da Səfəvinin təmsil etdiyi şərq ləhcəsinə və Osmanlının təmsil etdiyi Qərb ləhcəsinə bölünmüşdür. Lakin dilin kökü yenə də birdir və əsla dəyişməmişdir. Son dördyüz ildə yüksələn Xristian Qərb-Rus sivilizasiyasının ( oxu-Yunan, Roma, katolik-protestan-pravaslav; O.Şpenqler Qərb -Xristian sivilizasiyasının iki qolu oldugunu yazır. Qərbi Avropa,Amerika,Avstraliya,Zellandiya-Pravaslav Rusiya) yüksəlməsi nəticəsində Şərq Türklüyü (Səfəvi) ilə Qərb Türklüyü ( Osmanlı) arasında dil və kültür, məzhəb fərqlərinin və savaşlarının getməsi üçün 100-lərlə elmi, siyasi, ideoloji, hərbi projelər həyata keçirildi. Məqsəd Super etnos olan Oguz Türkünü çöktürmək və torpaqlarına sahiblənməkdir. Bu məqsədlə erməniləri, ərəbləri, farsları, kürdləri , xristian slavyan kökənli xalqları təşkilatlandırararq Türk Millətinin üstünə qaldırdılar, Türk dövlətlərini böldülər, Türk Millətini soyqırıma uğratdılar.
Dəyərli dostlarım. XIX-XX əsr Türk Millətinin və dövlətlərinin (Türkiyə istisna olmaqla) çöküş və diferensasiya çağıdır. XXI əsr Türk Millətinin, Oğuzun iki Qərb və Şərq qolunun, dilinin külütürünün inteqrasiya olması, vahid siyasi-hərbi stratejisinin qurulması, ortaq dövlət və dil, kültür quruculuğunun həyata keçirilməsi dönəmidir. Bu dövrdə Oğuz türkcəsi də vahid dil şəklini almalıdır. Türk Milləti mədəniyyət quruculuğunda Kökə qayıdış düşüncəsinə sahiblənməlidir. Türk Millətini yalnız Ortaq Türk dili və Ortaq Türk stratejisi, iradəsi yüksəldə biləcəkdir. Bütün gücümüzü buna yönəltməliyik. Türk Millətinin yüksəlişi üçün çalışan hər bir şəxsin ən böyük davası bu olmalıdır. Unutmayın Türk Millətinə qarşı 300 ildir Avropada-Rusiyada-Amerikada çalışan böyük elmi-strateji-hərbi mərkəzlər var. Hind-Aryan (Hind-Avropa, İndo-German) elmi konsepsiyaları var. Oryantalizm adı altında çalışan tədqiqat institutları var. Unutmayın Türk Millətinin qurduğu Türk-İslam-Şərq sivilizasiyası çöktürülüb, Türk dövlətləri çöktürülüb və torpaqları işğal olunub. Unutmayın Şərq Türklüyünün qurduğu imperiyada( Eftalitlər,Qəznəvilər, Xarəzmşahlar, Səlcuklular, Qaraqoyunlular,Ağqoyunlular, Teymurilər, Səfəvilər, Afşarlar,Qacarlar, Hindistanda Türk moğil lar- Gurganlar) Fars-İran və Ermənistan dövləti qurulub və Şərq Oguzlarının böyük bir bölümü (Azərbaycan Türkləri, Türkmənistan Türkləri, Suriya Türkmanaları, İraq Türkmanları ) günümüzdə də hərbi-siyasi -kültür qətliamlarına məruz qalmaqdadır.Torpaqlarında yeni bir dövlət, Kürdüstan qurulmaqdadır. Unutmayın Türk Torpaqlarını bölüb yerində başqa xalqlara dövlət quran güclər - xristian Qərb-Rus pravaslav dünyasıdır. Unutmayın Əfqanıstanda, Çində (Uyğurustan) , Rusiyada, İranda Türklüyün böyük bölümü dili, kültürü, varlığı uğrunda böyük savaş verməkdədir, hətta yox olmaq təhlükəsi ilə üz-üzədir. Biz bu savaşı qazanmalıyıq.xa0
Türk-İslam-Şərq sivilizasiyası yenidən bərpa olunmalıdır.xa0
Avrasiya bloku bir türk blokuna çevrilməlidir. Böyük Avrasiya dövlətini, imperiyasını Çingiz xan qurmuşdu. Biz Çingiz xanın, Teymurun varisləriyik, Avrasiya dövlətinin varisi biz Türklərik. Bu gün bu ideyaya Rusiya yox, Türk Milləti, Türkiyə və Azərbaycan sahib çıxmalıdır.xa0
Son yüz ildə Azərbaycan Türklərini İngilis və stalin işbirliyi ilə Qərb-kapitalist, Şərq- Rus -Kommunist birliyinin əl-ələ verib canlandırdığı Şahnamə-Şüubiyyə kültürünün içində əritməkdədirlər. Bu gün də həm Quzeydə, həm Güneydə Azərbaycan Türklüyü "Azərbaycanlı" milləti, "Azərbaycan dili" adı altında, Şahnamə və Şüubiyyə ideyası və ruhu qarşısında diz çöktürülməkdə, əriməkdədir. Azərbaycan Türkləri bu İndo-German, Aryan irqçilərinin konsepsiyalarının əsiri olmuşdur. Türk Alp Ər Tunqa Azərbaycanda qanı qarışıq Siyavuşa çevrilmişdir. Səyavuşun gələcəyi yoxdur. Səyavuşun ideoloji və kültür kimliyi tarixin bir obrazı kimi simbioz və xəstə obrazdır, Səyavuş xəstə insandır. Necə ki, Tarix də, Firdovsi də onu yaşamağa qoymadı. Azərbaycan Türkləri bu Şüubiyyə tələlərindən sıyrılıb çıxmalı, Türkiyə türkləri ilə inteqrasiya olinmalı, Oğuzun şərq və qərb qolları vahid bir yumruğa çevrilməlidir.
Türk dövlətləri birliyi, Vahid Türk Ordusu, təhsili, dili, siyasəti formalaşmalıdır.
Bizim davamız nə bir hökümət davasıdır, nə bir rejim dəyişmək davasıdır. Amma bununla yanaşı, Türk Millətinə və dilinə düşmən olan siyasi hakimiyyətlərin və rejimlərin düşməniyik, dostu olanların da dostuyuq.xa0
Biz Bakı-Təbriz-Ankara Birliyindən yanayıq.
Bizim davamız Türk Birliyi qurmaq davasıdır. Vahid Türk dili formalaşdırmaq davasıdır.xa0
Ey Türk. Titrə və Özünə dön!!! deyirik biz.
Yasəmən Qaraqoyunlu, AMEA-nın elmi işçisi


































































































