"Plastik qablarda qidanın uzun müddət saxlanılması zərərli maddələrin qidaya və daha sonra insan bədəninə daxil olması ilə nəticələnir. Beləliklə, allergik reaksiyalar və onkoloji xəstəliklərin yaranma riski artır".
Bizim.Media deyerler.org-a istinadən bildirir ki, bunu professor, tibb elmləri doktoru, endokrinoloq Anna Qonçarova "İzvestiya" nəşrinə açıqlamasında deyib.
Onun sözlərinə görə, qidaların və ya ərzaqların plastik qablarla təması uzunmüddətli olduqca, plastik qabın qidaya zərəri daha çox olur.
Belə ki, plastik qabların tərkibində neft, kömür və təbii qaz mövcud olduğu üçün sağlamlıq üçün təhlükə mənbəyidir.
"Plastik qablardan istifadə süd vəzisi xərçənginə də yol aça bilər. Tərkibində plastik olan hər bir əşya insan sağlamlığı üçün təhlükəlidir. Buna görə də hamı çalışmalıdır ki, plastik qablardan az istifadə etsin".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
05:10 / 13.06.2021
Plastik qablarda uzun müddət qida saxlamaq olmaz!
Hazırda oxunan: Plastik qablarda uzun müddət qida saxlamaq olmaz!
Hazırda oxunan: Plastik qablarda uzun müddət qida saxlamaq olmaz!
24589
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.