Qaradağda baş verən vulkan püskürməsi nəticəsində bəzi yerlərdə çatlar 80 metr dərinliyə çatıb.xa0
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun direktoru Ceyhun Paşayev Otman-Bozdağ palçıq vulkanı püskürmüş ərazidəki son vəziyyətlə bağlı bildirib.xa0
Onun sözlərinə görə, ərazidə xeyli çatlar əmələ gəlib:xa0
“Bəzi yerlərdə çatlar 80 metr dərinliyə çatıb. Çatların əmələ gəldiyi ərazi 5 hektarı əhatə edir”.xa0
Nazirlik rəsmisi qeyd edib ki, son dayanacaq nöqtəsindən Ümid qəsəbəsinə olan məsafə 2 kilometrdir:xa0
“Heç bir təhlükə yoxdur”.
***
Bakı şəhəri Qaradağ rayonu ərazisində Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib.
Bu barədə Oxu.Az-a “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun direktoru Ceyhun Paşayev məlumat verib.
O bildirib ki, ilk püskürmə saat 08:53, ikinci püskürmə isə saat 09:58 radələrində baş verib.xa0
Hazırda püskürmə prosesixa0 davam edir. Alovun hündürlüyü 200-300 metrdir. Ərazidə çoxlu sayda dərinliyi 40 metrə çatan çatlar yaranıb.xa0
Xatırladaq ki, dünyanın ikinci böyük palçıq vulkanı olan Otman-Bozdağ vulkanında son püskürmə 2017-ci il fevral ayının 6-da qeydə alınıb.
***
Səhər saatlarında Azərbaycanda vulkan püskürməsi qeydə alınıb.
Püskürmə Abşeronda qeydə alınmış palçıq vulkanlardan birində qeydə alınıb.
Xəbər yenilənəcək.





























































































