Gənclər və İdman Nazirliyi Ermənistanın iddialarına 
 CAVAB VERDİ

Gənclər və İdman Nazirliyi Ermənistanın iddialarına CAVAB VERDİ

Hazırda oxunan: Gənclər və İdman Nazirliyi Ermənistanın iddialarına CAVAB VERDİ

238891

“Ermənistan tərəfi yenə də cəfəngiyyat və qarayaxma ilə məşğuldur. Belə ki, 20-27 sentyabr 2018-ci il tartixində cüdo üzrə 32-ci Dünya Çempionatının Azərbaycanda keçirilməsinə hələ xeyli vaxt qalsa da, Ermənistan indidən Azərbaycanın təhlükəsizlik məsələlərinə zəmanət vermədiyi və bununla əlaqədar olaraq idmançıların ölkəmizə gəlməyəcəyi ilə bağlı yalan fikirlər səsləndirir”.

Moderator.az xəbər verir ki, bu barədəxa0Modern.az-a xa0Gənclər və İdman Nazirliyinin mətbuat katibi Samayə Məmmədova Ermənistan idmançılarının Azərbaycana gəlməkdən çəkinməsi fikirlərinə münasibət bildirərkən deyib.

Nazirliyin sözçüsü bildiribxa0 ki, illər öncə Azərbaycan və Ermənistanda keçirilən yarışlar zamanı idmançıların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə iki ölkə arasında xüsusi format mövcud olub:

“Bu formata əsasən, Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsinin rəsmilərinin iştirakı ilə hər iki ölkə nümayəndəsi qarşılıqlı səfərlər çərçivəsində təhlüksizliyin təmin edilməsinə dair sənədə imza atırdılar. Son illər ərzində isə rəsmilərin gediş-gəlişinin azaldılması məqsədi ilə idmançıların təhlükəsizliyinin təminatı üçün hər iki ölkə tərəfindən biri-birinə dövlət səviyyəsində zəmanət məktubları təqdim edilir. Bu dəfə də Azərbaycan Hökuməti qaydalara əməl edərək, Bakıda keçiriləcək Cüdo üzrə Dünya Çempionatında idmançıların təhlükəsizliyi ilə bağlı zəmanət məktubunu vaxtında Ermənistana təqdim edib. Ermənistan idmançılarının Azərbaycana gəlməkdən çəkinmə səbəblərini özlərindən daha dəqiq soruşmaq lazımdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO