Ramil Usubov Şəmsəddin Əliyevi təltif etdi

Ramil Usubov Şəmsəddin Əliyevi təltif etdi

Hazırda oxunan: Ramil Usubov Şəmsəddin Əliyevi təltif etdi

238370
Cinayətkarlıqla mübarizə və ictimai asayişin təmini işinə öz töhfəsini vermiş, haqq etdikləri təqaüdə çıxsalar belə məsləkinə, əqidəsinə bağlı, peşəsinə, amalına sadiq olan, cəmiyyətdə qanun keşikçisinin nüfuzunun, fədakar, əzmkar xidmətinin hər zaman yüksək səviyyədə qorunub-saxlanılmasının qeydinə qalan daxili işlər orqanlarının veteranlarından söhbət düşəndə “Polisə dəstək” İctimai Birliyinin sədri, istefada olan polis polkovniki, həmçinin Mətbuat Şurasının icraçı katibi Şəmsəddin Əliyevin adı öncüllər sırasında çəkilir. Bu günlərdə Şəmsəddin Əliyev anadan olmasının 70, rəhbərlik etdiyi birlik isə yaradılmasının 10 illiyini qeyd etdi.

Əlamətdar hadisələr münasibətilə avqustun 24-də DİN-də keçirilən mərasimdə yubilyarı təbrik edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov ömrünün ən məhsuldar dövrünü polisin sıralarında keçirmiş hörmətli veteranımızın və başçılıq etdiyi qurumun ölkə Prezidentinin rəhbərliyi altında qətiyyətlə aparılan hüquq-mühafizə siyasətinin uğurlu nəticələrinin təbliğində, ictimaiyyətə çatdırılmasında, respublikamızda sabitliyin, əmin-amanlığın yaradılmasında daxili işlər orqanlarının fədakar xidmətinin, gərgin əməyinin təşviq olunmasında, əhalinin ən müxtəlif təbəqələrinin, xüsusən yeniyetmə və gənclərin hüquqi maarifləndirilməsində, cinayətkarlıqla mübarizədə polis orqanlarına ictimai dəstəyinin təmin olunması kimi önəmli missiyanın həyata keçirilməsindəkı rolunu yüksək qiymətləndirib.

Göstərilən istiqamətdə uzunmüddətli səmərəli fəaliyyəti, həmçinin anadan olmasının 70 illiyi nəzərə alınmaqla təltif olunduğu “Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” yubiley medalını təqdim edən general-polkovnik Ramil Usubov yüksək mükafat və doğum günü münasibətilə Şəmsəddin Əliyevi təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür, çoxşaxəli fəaliyyətində yeni nailiyyətlər arzulayıb. Nazir onun daxili işlər orqanlarında topladığı təcrübəni bundan sonra da gənclərlə bölüşəcəyinə, onların Vətənə, dövlətə, dövlətçiliyə sədaqət, hüquq-mühafizə orqanlarına hörmət ruhunda tərbiyə olunmaları, cəmiyyətdə polisin yüksək nüfuzunun və imicinin qorunub-saxlanılması işinə yeni töhfələr verəcəyinə əminliyini bildirib.

Səmimi qəbula, özünün və rəhbərlik etdiyi qurumun fəaliyyətinə verdiyi yüksək qiymətə, ünvanına deyilən səmimi, xoş sözlərə və mükafata görə cənab nazirə minnətdarlığını bildirən Ş.Əliyev polis-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsində, cinayətkarlıqla mübarizədə, asayişin təminində, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında qanun keşikçilərinin cəmiyyət üçün olduqca gərəkli xidmətləri barədə obyektiv rəyin formalaşdırılması, bu istiqamətdə fəal maarifləndirmə işlərinin aparılması üçün bundan sonra da var qüvvəsini əsirgəməyəcəyini vurğulayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO