Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Shacman" markalı yük maşını idarəetmədən çıxaraq yol kənarındakı evə çırpılıb.
Qəza zamanı yük maşını aşıb, yük yerində olan torpaq əraziyə dağılıb. Həmçinin evin hasarı uçub. Yük maşınının evin hasarına çırpılması zamanı bir nəfər yüngül xəsarət alıb.
İlkin məlumata görə, qəzaya səbəb sürücün sərt döngədə düzgün manevr etməməsi olub.
Faktla bağlı araşdırma aparılır. (oxu.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:35 / 08.03.2025
Yük maşını evə çırpıldı: Xəsarət alan var
Hazırda oxunan: Yük maşını evə çırpıldı: Xəsarət alan var
Hazırda oxunan: Yük maşını evə çırpıldı: Xəsarət alan var
238341
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.