Oxucularımıza məlumdur ki, İsmayıllı rayonunun Girk kəndində heyvanların əmcəkləri müəmmalı şəkildə qoparılır. Kənd sakinləri sağlam heyvanları tövləyə salıb, ağzını bağlayırlar, səhər tövlənin qapısını açanda inəklərin əmcəklərinin yerində olmadığını görürlər...xa0
Baş verən bu müəmmalı hadisə barədə Respublika Baytarlıq laoratoriyası da açıqlama yayıb. Açıqlamada inəklərin əmcəklərinin hansısa vəhşi heyvan tərəfindən qoparıldığı bildirilir.xa0
Ancaq, deyəsən laboratoriyanın verdiyi bu açıqlama heç də hamını qane etməyib. Məsələn, tanınmış psixoterapevt, elmi-lədun bilicisi Paşa Yaqub hadisəyə özünəməxsus şəkildə münasibət bildirib:
- Respublika baytarlıq laboratoriyası açıqlama verəndə ki, İsmayıllıda heyvanların əmcəklərini vəhşi heyvan aparır, yadıma Qurandan bir epizod düşdü: qardaşları Yusifin köynəyini qana bulaşdırıb, atalarına göstərirlər ki, onu qurd parçaladı. Atası deyir: “O necə qurddu ki, Yusifi parçalayıb, amma, heç onun köynəyini cırmayıb?”
Yaqub Peyğəmbərin sözü olmasın, o necə vəhşidir ki, gecə tövlənin qapısını açır, inəklərin ancaq qabaq əmcəklərini qoparır, sonra da qapını səliqəli şəkildə bağlayıb gedir?! İnəklərin başqa yerlərinə toxunmur (?).xa0 Əcaba, bu vəhşi pəhriz saxlayırmı? Həkim ona ancaq inəklərin qabaq əmcəklərini yeməyi məsləhət görübmü? Onunla doydumu ki, heyvanın başqa yerlərinə toxunmadı? Baytarlıq laboratoriyası bu “mədəni” və “pəhriz saxlayan” vəhşinin növünü deyə bilərmi?
Paşa Yaqub onu da qeyd etdi ki, bu müəmmalı hadisədə ufoloji amillər var. Odur ki, baş verən proses ufoloqlar tərəfindən ciddi araşdırılıb, üzərindəki sirr pərdəsi qaldırılmalıdır ki, qarşısını almaq mümkün olsun.


































































































