Azərbaycan rusiyalılar üçün ən ucuz istirahət yeridir

Azərbaycan rusiyalılar üçün ən ucuz istirahət yeridir

Hazırda oxunan: Azərbaycan rusiyalılar üçün ən ucuz istirahət yeridir

225616
Azərbaycan rusiyalıların yay istirahəti üçün ən münasib qiymətləri olan istiqamətlərin ilk üçlüyünə düşüb.

Ekspertlər dünya kurortlarında aviabilet, qalma, qidalanma və digər xərcləri təhlil edib və yay məzuniyyəti üçün ən “cibə uyğun” turizm istiqamətlərinin reytinqini tərtib edib.

Hesablamalarda Rusiyadan olan orta stastistik cütlüyün iki həftəlik səyahət xərcləri nəzərə alınıb.

Ən az xərc tələb edən xarici istiqamətlər arasında Abxaziya bölgəsi siyahıya başçılıq edir.xa0 Burada iki nəfərlik səyahət xərcləri, təyyarə bileti, qalma, qidalanma, əyləncə və nəqliyyat xərcləri nəzərə alınmaqla 1396 dollar təşkil edir.

Maddi baxımdan ən əlverişli kurortların reytinqində Azərbaycan ikinci yerdə qərarlaşıb. Çimərlik istirahəti üçün hər cür şəraiti olan Azərbaycanda rusiyalı cütlüyün iki həftəlik məzuniyyəti orta hesabla 1602 dollara başa gəlir.

Siyahıda ilk üçlüyü Vyetnam tamamlayır. İki nəfərin iki həftəlik səyahəti bütün xərclər nəzərə alınmaqla 1608 dollar təşkil edir.

İlk onluğa Türkiyə, Gürcüstan, Albaniya, Rumıniya, Polşa kimi ölkələr də daxil edilib.(Oxu.Az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO