Onlayn sınaq imtahanı keçiriləcək

Onlayn sınaq imtahanı keçiriləcək

Hazırda oxunan: Onlayn sınaq imtahanı keçiriləcək

224238

Dövlət İmtahan Mərkəzi 2017-ci ilin buraxılış imtahanlarında istifadə olunmuş test kitabçaları üzrə onlayn sınaq imtahanı təşkil edir.

xa0

Bu barədəxa0Moderator.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

xa0

9-cu və 11-ci sinifdə təhsil alan şagirdlər, o cümlədən ümumi və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə), V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyənlər sınaq imtahanında iştirak edə bilərlər.

Bildirilib ki, imtahanda iştirak etmək üçün 2 manat tələb olunur. Onlayn sınaq imtahanı vermək istəyənlər evi tərk etmədən rahat şəkildə imtahana yazıla və onlara uyğun günün istənilən vaxtında sayta daxil olub biliklərini yoxlaya bilərlər.

xa0

Hal-hazırda 2017-ci il buraxılış imtahanının (9 illik təhsil bazasında) ikinci mərhələsində istifadə olunmuş sual kitabçaları (Azərbaycan və rus bölməsi) üzrə onlayn sınaq imtahanı //otk.az portalına yerləşdirilib.

11-ci sinif üzrə buraxılış imtahanlarına aid materiallar isə yaxın günlərdə portala yerləşdiriləcək. Şagirdlər yekun qiymətləndirmə, abituriyentlər isə kolleclərə və ya V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarına hazırlıq səviyyələrini bir daha özləri üçün müəyyənləşdirə bilərlər.

xa0

Abituriyentlər onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək imkanına malikdirlər.

xa0

//otk.az portalında yerləşdirilmiş onlayn sınaq imtahanlarına yazılmaq üçün ödənişlər plastik kartlar və ya “Milliön” terminalları vasitəsilə aparılır. Qeydiyyat və ödəniş təlimatı ilə portalda tanış ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO