Hökumətin hesabatı ətrafındaxa0 müzakirələr davam edir.
Moderator.az xəbər verir ki, müzakirələr zamanı çıxış edən deputat Azər Badamov şəhər mərkəzində çoxmərtəbəli binaların tikintisinə qadağa qoyulmasını təklif edib. O bildirib ki, belə bir hal beynəlxalq praktikada da mövcuddur. Çoxmərtəbəli binaların şəhərin mərkəzində tikintisi həm tıxacların yaranmasına gətirib çıxarır, həm də digərxa0 problemlərə yol açır. Odur ki, belə binaların tikintisinə qadağa qoyulsa daha yaxşı olar. Bunun əvəzində şəhərin kənarında yeni yaşayış massivləri salınsın. Bu eyni zamandaxa0 tıxacların aradan qaldırlmasına öz töhfəsini verər”- deyə. A. Badamov bildirib.
Deputat Elmira Axundova isə “Sovetski” yaşayış massivindəxa0 binaların sökülməsi zamanı vətəndaşlara verilən kompenssasiyasının həcminin artırılmasını təklif edib. Oxa0 təklif edib ki,xa0 ya o, insanlar hazır mənzillə təmin olunsun, ya daxa0 kompenssasiya həcmi 1500 manatdan ən azı iki min manatadək qaldırılmalıdır: “Belə olarsa o zamanxa0 mövcud narazılığı aradan qaldırmaq olar. Bunun üçün dövlətin imkanı var”.





































































































